24 saat qaynar xətt və təcili yardım xidməti: +994 51 201 71 01

Məlhəm Beynəlxalq Hospital

Məlhəm Beynəlxalq Hospital 120 nəfər həkim, 330 nəfər orta tibb işçiləri olmaqla 450 nəfər peşəkar həkim-mütəxəssis heyəti və müasir tibbi avadanlıqlarla beynəlxalq tibbi standartlara uyğun yüksək səviyyəli tibbi xidmət göstərir. Xəstəxana 100 çarpayılıq olmaqla, 28000 kv. metr sahəsi olan 5 mərtəbəli binada yerləşir. Hospitaldakı klinik şöbələr, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmişdir. Hospitalda müasir xüsusi havalandırma sistemi tətbiq olunmuşdur və pnevmatik ötürücü sistem quraşdırılmışdır. Tibb sahəsində beynəlxalq standartları tətbiq edən hospital həm ölkəmizin bütün bölgələrindən olan insanlara, həm də Azərbaycanda yaşayan xarici vətəndaşlara xidmət göstərir.Pasiyentlərimizin məmnunluğunu artırmaq məqsədi ilə yeni interaktiv texnologiyalar və online xidmətlər tətbiq edilir, daxil olan zənglər vahid çağrı mərkəzi tərəfindən qəbul edilir, hər bir pasiyentə individual yanaşma və xüsusi diqqət yetirir.   

  • Bizim missiyamız

    Məlhəm Beynəlxalq Hospital xəstələrin daim diqqət mərkəzində saxlanılmasını, onların hər birinə unikal müalicə tətbiq olunmasını və onların xüsusi diqqət, şəfqət və hörmət ilə əhatələnməsini qarşısına məqsəd qoyur. Xəstə məmnuniyyətini və təhlükəsizliyini əsas meyar olaraq qəbul edən xəstəxana, xidmətlərin keyfiyyət nişanı sayılan ISO 9001:2015 (Keyfiyyətin İdarəedilməsi Sistemi) sertifikatını almaqla bunu bir daha təsdiqləmiş və standartın hər bir tələbinin davamlı tətbiq edilməsinə xüsusi diqqət göstərməkdədir.