24 saat qaynar xətt və təcili yardım xidməti: +994 51 201 71 01

Bir damla qan, bir həyat deməkdir !

Məlhəm Beynəlxalq Hospitalda 18 aprel tarixində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə qanvermə aksiyası həyata keçirilmişdir. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutu nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankı və Məlhəm Beynəlxalq Hospitalın birgə heyata keçirtdiyi qanvermə Aksiyasında Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayilov, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və Məlhəm Beynəlxalq Hospitalın İcraçı direktoru Sevda Əlizadə iştirak etmişdir.

Marağın kifayət qədər çox olduğu aksiyada donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

Qeyd olunmalıdır ki, tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.