24 saat qaynar xətt və təcili yardım xidməti: +994 51 201 71 01

MD, PhD (c), Uzman Dr. Aynur Əliyeva
Qulaq Burun Boğaz Və Baş-Boyun Cərrahı
MD, PhD (c), Uzman Dr. Aynur Əliyeva

Həkim Haqqında

Uzman Doktor Aynur Əliyeva, 2019-cu ildə Türkiyənin İzmir şəhəri Bozyaka Tədris və Araşdırma Xəstəxanasında ixtisasının uzmanlığını aldıqdan sonra 3 il İzmir'də Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyəsi, üstəlik Plastik Cərrahi sahəsində fəal olaraq çalışmışdır. 2022-2023-cü illərdə Cənubi Koreyanın Seul şəhərindəki Koreya Universiteti St. Mary Xəstəxanasında Otologiya - Qulaq xəstəliklərinin irəli cərrahiyyəsi sahəsində klinik yan dal cərrahi praktikası və elmi araşdırmalarını davam etdirmişdir. Burada həm qulaq xəstələri üçün baş dönməsi, qulaq çınlaması müalicələri həm də üz plastik cərrahi müdaxilələri mövzusunda bilik və bacarıqlarını artırmışdır. Ardınca, 2023-cü ilin əvvəllərində, yuxu apnesi üzərinə klinik və elmi araşdırmalarındakı uğurlarından dolayı Amerikanın Ohio ştatındakı Cincinnati Xəstəxanasından dəvət alaraq fəaliyyətlərinə orada davam etmişdir. Bu müddət ərzində, 2017-ci ildə Amerika Birləşmiş Ştatlarındakı Cleveland Xəstəxanası, 2021-ci ildə Stanford Universiteti Xəstəxanası, 2021-ci ildə Avstriyanın Salzburg Xəstəxanası, 2022-ci ildə Çikaqo-Illinois Xəstəxanası və 2023-cü ildə Yaponiyanın Kyoto və Yamagata xəstəxanalarında qulaq və üz estetik plastik cərrahiyyəsi üzrə təlimlər almış və bir çox irəli cərrahi kurslarına qatılmışdır. 20-dən çox elmi konfransda çıxışçı və moderator olaraq iştirak etmiş, 30-dan çox elmi araşdırması beynəlxalq jurnallarda dərc olunmuşdur. Eyni zamanda Türkiyənin Yeditepe Universitetində Sinirəlmə Doktorantıdır. 2024-cü ilin Yanvar ayından etibarən Dr. Aynur Əliyeva Məlhəm Beynəlxalq Hospitalda fəaliyyətə başlamışdır. İcra etdiyi əməliyyatlar arasında Rinoplastika, Septoplastika (burun dəvəri əyriliyi), Blefaroplastika (göz qapağı), qaş qaldırma, dodaq qaldırma; Otoplastika, qulaq pərdəsinin və sümükçüklərinin bərpası əməliyyatı - timpanoplastika; mastoidektomiya; yuxu apnesi cərrahiyyəsi və s. yer alır. Dr. Aynur Əliyeva həm uşaq həm də yetkin xəstələrin cərrahiyyəsi ilə yanaşı, eşitmə azlığı, çınlama; baş dönmə və baş ağrısı; üz siniri felci; qulaq infeksiyaları kimi qulaq burun boğaz xəstəliklərinin poliklinik müayinə və müalicəsini də həyata keçirir.