24 saat qaynar xətt və təcili yardım xidməti: +994 51 201 71 01

Uzm. Dr. Alidə Alıyeva
Revmatoloq
Uzm. Dr. Alidə Alıyeva

Həkim Haqqında

Uzm. Dr. Alidə Alıyeva, Revmatologiya və Daxili Xəstəliklər uzmanı , Məlhəm Beynəlxalq Hospitalda pasiyentləri qəbul edir. Alidə Alıyeva 2012-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi və profilaktika fakültəsindən məzun olub. 2014-2019-cu illərdə Türkiyənin nüfuzlu Ege Universiteti Tibb fakültəsinin Daxili Xəstəliklər kafedrasında uzman terapevt, 2020-2023-cü illərdə isə Marmara Universiteti Tibb fakültəsinin Revmatologiya şöbəsində üst ixtisas uzman revmatoloq dərəcələrinə yiyələnib. O, revmatoid artrit, spondiloartrit, birləşdirici toxuma xəstəlikləri, Behçet xəstəliyi, Ailəvi Aralıq dənizi qızdırması kimi bir çox xəstəliklərdən əziyyət çəkənlərin məlhəm tapması üçün çalışır. Diaqnoz məqsədilə skelet-əzələ sisteminin ultrasəs müayinəsi,oynaq punksiyası, dirnaq kapilleroskopiyası, Paterji testi və minor tüpürcək vəzi biyopsiyası icra etməktədir.