24 saat qaynar xətt və təcili yardım xidməti: +994 51 201 71 01

Məlhəm Beynəlxalq Hospitalın Ürək-damar cərrahiyyəsi şöbəsində ürək-damar xəstəliklərinin müalicəsi müasir dövrün tələblərinə uyğun cərrahi üsullar ilə ən yeni yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda xaricdə təhsil almış və uzun müddətli iş təcrübəsinə malik olan yüksəkixtisaslı peşəkar mütəxəssislərimiz tərəfindən icra olunur. Mərkəzimizdə Aorto-koronar şuntlama, ürək qapaqlarının cərrahiyyəsi, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, aorta anevrizması əməliyyatları, periferik arteriya xəstəliklərinin cərrahiyyəsi, venoz xəstəliklərin müalicəsi həyata keçirilir.