24 saat qaynar xətt və təcili yardım xidməti: +994 51 201 71 01

Laborator müayinələrin nəticəsi əsasında gizli gedişə malik xəstəliklərin, aşkarlanması, hər hansı patoloji prosesin olub-olmaması, xəstəliklərin müxtəlif inkişaf və sağalma mərhələlərini kontrol etmək mümkündür.

Laboratoriya şöbəsi klinik, biokimyəvi, seroloji, immuno-molekulyar diaqnostik, mikrobioloji və s.  şöbələr üzrə ixtisaslaşmışdır. Laboratoriyada aparılan hər bir müayinənin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir.Laboratoriya şöbəsi Yaponiya, ABŞ, Almaniya, Avstriya və s. ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriyamızda müxtəlif yaş qruplarına və patologiyalara uyğun check-up müayinələr aparılır.