24 saat qaynar xətt və təcili yardım xidməti: +994 51 201 71 01

      Məlhəm  Beynəlxalq Hospitalın Uşaq cərrahiyyəsi şöbəsində uşaqların boyun, döş qəfəsi, qarın boşluğu və anadangəlmə uroloji qüsurları əməliyyat olunur, endoskopiya, qastroskopiya, ezofaqoskopiya, bronxoskopiya, kolonoskopiya kimi diaqnostik müayinələr, sistoqrafiya, bağırsağın və qida borusunun rentgenoloji müayinələri həyata keçirilir. Uşaq cərrahiyyəsində nadir anadangəlmə inkişaf qüsurları, qida borusu atreziyaları, sidik kanalı darlıqları, nadir inkişaf anomaliyası olan kloaka anomaliyası, bağırsağın müxtəlif atreziyaları, omfalosel, sidik kisəsinin ekstrofiyası kimi mürəkkəb uroloji əməliyyatlar müasir protokollara uyğun olaraq açıq və laparoskopik üsulla uğurla icra olunur. Yenidoğulmuş uşaqlarda qida borusunun atreziyası, onikibarmaq bağırsaq və digər bağırsaq hissələrinin atreziyası, anusun atreziyası, anadangəlmə qarın içi kistaların cərrahi müalicəsi, böyrəklərin anadangəlmə inkişaf qüsurları, sidik kisəsi xəstəlikləri, sidik kanalının anadangəlmə darlıqları, epispadia - sidik kanalının cinsiyyət orqanının üst hissəsində sonlanması, kriptorxizim-xayanın xayalığa tam şəkildə enməməsi, ağciyərlərin anadangəlmə kistik xəstəlikləri
qaraciyər-öd yolları, öd kisəsi, mədaltı vəz, dalağın və digər xəstəliklər cərrahi üsul ilə sağaldılır.