Məlhəm Beynəlxalq Hospitalda oynaqların endoprotezləşdirilməsi (artroplastikası), artroskopik cərrahiyyə, yuxarı və aşağı ətrafların, çanağın qapalı və açıq üsulla osteosintezi, yuxarı və aşağı ətrafların əyriliklərinin-deformasiyalarının korreksiyası, yumşaq toxuma əməliyyatları, uşaqlarda ortopedik və travmatoloji əməliyyatlar, əl və mikrocərrahiyyə və s. bu kimi əməliyyatlar uğurla icra olunur.
· Ortopedik və Travmatoloji xəstəliklərin müasir metodlarla müayinəsi və müalicəsi
· Sınıqların müasir metodlarla cərrahi müalicəsi
· Diz və bud-çanaq oynaqlarının süni oynaqla əvəz olunması (artroplastika və ya endoprotezləşmə)
· Artoskopik cərrahiyyə, ön çarpaz bağ, menisk cırılması, çiyin təkrari çıxıqlarının cərrahi müalicəsi
· İdman yaralanmaları
· Uşaq ortopedi cərrahiyyəsi, bud-çanaq oynağının anadangəlmə çıxıqları, yastipəncəlik, uşaqlarda anadangəlmə anomaliyalar və deformasiyalar
· Boy uzatma əməliyyatları
· Estetik ortopedi cərrahiyyəsi, sümük əyriliklərinin cərrahi əməliyyatları
· Əl cərrahiyyəsi
· Dizdə artroskopik meniskektomiya (bərpası mümkün olmayan menisklərin artroskopik üsulla çıxarılması)
· Artroskopik menisk yırtıqların bərpası
· Artroskopik oynaqdaxili yad cisimlərin çıxarılması və bağların təmiri
· Artroskopik osteonekrozların (oynaq qığırdağı zədələnmələri) təmizlənməsi və qığırdaq köçürülməsi
· Ağır və fəsadlaşmış sınıqların qapalı-azinvaziv və açıq üsullarla cərrahi müalicəsi
· Metal lövhə, qapalı intramedulyar sistem və xaricdən fiksatorlarla osteosintez (sümük tamlığının bərpası) üsulları
· Osteoporozun (sümük kütləsinin azalması), osteonekrozların (AVN) diaqnostika və müalicəsi
· Artrozların (oynaqların duzlaşması) konservativ və cərrahi müalicəsi
· Osteomielitlərin cərrahi və konservativ müalicəsi
· Septik artritlərin konservativ və cərrahi müalicəsi
· Dayaq-hərəkət aparatında aparılmış cərrahi əməliyyatlardan sonrakı irinli-iltihabi ağırlaşmalar
· Artroplastika (endoprotezləşmə) əməliyyatından sonra olan irinli-iltihabi ağırlaşmalar
· Diabetik pəncə, makro-, mikroangiopatiya, polineyropatiyaların müalicəsi
· Uzunmüddətli sağalmayan yaraların müalicəsi
· Vertebra sınıqları cərrahi və konservativ müalicəsi
· Yırtıqların cərrahi və konservativ müalicəsi
· Skoliozların və kifozların cərrahi və konservativ müalicəsi